Bank Of Baku

Azərbaycanın daxili bazarında daha 700 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın daxili bazarında daha 700 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 27 avqust 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda yerləşən «Orxan» ərzaq malları mağazasında, «19 market»də, Hilal Verdiyevə, Elman Məmmədova, Ceyhun Əzizova və Nazirə Əmiraslanovaya məxsus ərzaq malları mağazalarında, Nəsimi rayonunda Feyzulla Abdullayevə, Hikmət Ağamoğlanova və Ağaqulu Axundova məxsus marketlərdə, Yasamal rayonunda «Qurman market»də, Nizami rayonunda «Zövq market»də, «Leyla-Günel market»də, «ZG market»də, Gəncə şəhərində «Fariz» MMC-yə məxsus 72 saylı ərzaq malları mağazasında, Sumqayıt şəhərində 34-cü məhəllədə Ramiz Kərimova məxsus ərzaq malları mağazasında, Siyəzən şəhərində Seyfur Həmidova məxsus ərzaq malları mağazasında, Goranboy rayonunun Qızılhacılı kəndində Nizami Səmədova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 700 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 16 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bunlara qarşı inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən etibarən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 45 hüquqi şəxsə 173 min manat, 341 fiziki şəxsə 512 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR