Bank Of Baku

Azərbaycan spirtli içkilərin idxalını azaldıb, tütün məmulatlarının idxalını isə artırıb

Azərbaycan spirtli içkilərin idxalını azaldıb, tütün məmulatlarının idxalını isə artırıb
# 28 avqust 2009 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyul aylarında xarici ölkələrdən Azərbaycana 880,6 min ABŞ dolları dəyərində 909 865,8 litr spirt, 6 765,3 min dollar dəyərində 4 843 235,6 litr spirtli içki idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə idxal olunmuş spirtin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,9%, spirtli içkilərin həcmi isə 34,2% azalıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə ixrac olunmuş spirtli içkilərin həcmi 51,1% azalaraq 3 507 834,8 litr təşkil edib.

Cari ilin 7 ayı ərzində Azərbaycana idxal edilən tütünün həcmi 30,8% azaldığı halda (1 309,5 t), tütün məmulatlarının idxalı 4% artaraq 598 3001,4 min ədəd təşkil edib. Tütün ixracında da 26,7% azalma olduğu halda (1 077,6 t), tütün məmulatlarının ixracı 25,9% artaraq 135 106 min ədəd (686,2 min dollar) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR