Bank Of Baku

«Soyuzmultfilm» oyuncaq istehsalına başlayır - FOTO

«Soyuzmultfilm» oyuncaq istehsalına başlayır - <font color=red>FOTO</font>
# 28 avqust 2009 09:05 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın «Soyuzmultfilm» kinostudiyasının Film Fondu «Fancy» şirkəti ilə orijinal müqavilə bağlayıb. «APA-Economics»in «Kommersant»a istinadən xəbərinə görə, müqaviləyə uyğun olaraq, şirkət məşhur sovet cizgi filmləri obrazlarının oyuncaqlarını istehsal edəcək.

Studiyanın direktor əvəzi Vasili Şilnikov bildirib ki, «Fancy» Rusiya və Belarus ərazisində yumşaq oyuncaqların istehsalı və satışı ilə məşğul olur: «Müqavilə 7 il müddətinə bağlanılıb. Şirkət oyuncaqların dizaynını bizimlə razılaşdıracaq. Çünki onların orijinal şəklinin qorunması bizim üçün çox vacibdir».

V.Şilnikov qeyd edib ki, «Nu, poqodi!», «Vinni Pux», «38 tutuquşu» və digər məşhur cizgi filmlərindən 10-a yaxın obrazın oyuncağı düzəldiləcək. İlk oyuncaqlar artıq payızda Moskvada keçiriləcək «Uşaqlıq dünyası» sərgisində nümayiş etdiriləcək.

«Soyuzmultfilm»in qiymətləndirməsinə görə, studiyanın oyuncaq satışından gəliri ildə bir neçə milyon rubl təşkil edəcək. «Fancy» studiyaya avans və satışdan faiz ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR