Bank Of Baku

Dünya üzrə ən bahalı toy müğənnilərinin reytinqi tərtib olunub

Dünya üzrə ən bahalı toy müğənnilərinin reytinqi tərtib olunub
# 28 avqust 2009 11:21 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyanın «Living» şirkəti dünya miqyasında tanınmış müğənnilərin toy məclislərində çıxışlarının qiymət reytinqini tərtib edib.

«APA-Economics»in məlumatına görə, toyda çıxış etmək üçün ən yüksək qonorarı əfsanəvi «The Rolling Stones» qrupunun üzvləri alırlar. Belə ki, ser Mik Cagger və Kit Riçards 8,3 mln. dollar qonorar tələb edirlər.

İkinci yerdə ser Elton Con qərarlaşıb. O, təntənəli mərasimdə çıxış üçün 3,32 mln. dollar qazanır.

İlk üçlüyü avstraliyalı müğənni Kayli Minouq tamamlayır – 3 mln. dollar.

Dördüncü yeri Kristina Agilera (2,9 mln. dollar), beşinci yeri Corc Maykl (2,15 mln. dollar) tutur.

Reytinq siyahısında «qəpik-quruşa» toya gedən müğənnilər də var: rokçu Rik Estli 41 min, Denni Foster isə 1 min dollar qonorar tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR