Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu növbəti regional seminar keçirib

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu növbəti regional seminar keçirib
# 28 avqust 2009 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Saatlı rayonunda Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sayca 25-ci olan tədbirdə 200-dək sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Fondun vəsaitlərinin daha da səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq olunur: «Fond regionlarda soyuducu anbar komplekslərinin tikintisi ilə bağlı layihələrin maliyyələşdirilməsinə başlayıb, müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonu üzrə 2, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2 və Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 investisiya layihəsi olmaqla 5 sahibkarlıq subyektinə güzəştli kreditlər verib».

Bundan başqa, tədbir çərçivəsində 8 müvəkkil kredit təşkilatı vasitəsilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ucar, Bərdə, Zərdab, Hacıqabul, Biləsuvar, Neftçala və Yevlax rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkara güzəştli kreditlər verilib. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində Aran iqtisadi rayonunda 100-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin ötən dövrü ərzində SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 63,5 mln. manat təşkil edib, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1 200-dən çox olub. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4,8 mindən artıq yeni iş yerinin yaradılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR