Bank Of Baku

Azərbaycan və Koreya sahibkarları arasında görüş keçiriləcək

Azərbaycan və Koreya sahibkarları arasında görüş keçiriləcək
# 31 avqust 2009 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 2-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Bakı nümayəndəliyi Koreya və Azərbaycan şirkətləri arasında növbəti işgüzar danışıqları təşkil edəcək.

KOTRA-nın Bakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, danışıqlara yerli şirkətlərlə sıx əməkdaşlıq yaratmaqda məqsədilə Bakıya «Dongjin Medical», «Ailab», «Seohung», «CareTek» şirkətləri də daxil olmaqla 7 Koreya şirkətinin nümayəndələri səfər edəcək. Danışıqlar tibbi avadanlıq və ləvazimatlar sahəsini əhatə edəcək.

Qeyd edək ki, ötən ilin may ayının 19-dan etibarən KOTRA-nın Bakıda nümayəndəliyi fəaliyyətə başlayıb. Ümumiyyətlə, KOTRA 1962-ci ildən fəaliyyət göstərir. Hazırda KOTRA-nın 68 ölkədə 93 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR