Bank Of Baku

Azərbaycan “Oracle” korporasiyasının 100 ən iri sifarişçiləri sırasındadır

Azərbaycan “Oracle” korporasiyasının 100 ən iri sifarişçiləri sırasındadır
# 31 avqust 2009 12:40 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. “Oracle” korporasiyası Rusiya və MDB ölkələri ərazisində 2009-cu maliyyə ilində müştəri bazasının inkişafının yekunlarını açıqlayıb. İl ərzində MDB ölkələrində 2200-dən çox müəssisə “Oracle” məhsullarını alıb.

APA-Economics”in məlumatına görə, şirkətin 100 ən iri sifarişçiləri siyahısına 85 Rusiya şirkəti, 7 Ukrayna müəssisəsi, 6 Qazaxıstan təşkilatı, 1 Belarus və 1 Azərbaycan şirkəti daxildir.

Şirkətin yaydığı məlumata əsasən, ötən il ərzində MDB ölkələrində dövlət və maliyyə sektorunda, telekom, energetika, neft, kimya, neft-kimya sənayesində, distribusiyada, pərakəndə ticarətdə “Oracle” məhsullarına geniş tələbat müşahidə olunub.

2010-cu maliyyə ilində “Oracle” şirkətinin Rusiya və MDB məkanında biznesinin inkişafı sahəsində əsas istiqamətləndirici faktor məhsul xəttinin kəskin genişləndirilməsi olacaq. Şirkət müxtəlif sahələr üzrə sifarişçilərə yeni məhsulları təqdim etmək niyyətindədir, geniş yayılmış həllərin və texnologiyaların növbəti versiyalarının təqdimatı gözlənilir. Bununla yanaşı, tərəfdaş ekspertizasının, texniki dəstəyin, bazar tələblərinə uyğun olaraq lokallaşdırmanın inkişafı, təqdim edilən son məhsullar üzrə təlim formalarının genişləndirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR