Bank Of Baku

Azərbaycanda yararsız ərzaq malları satan 410 fiziki və hüquqi şəxsə qarşı son 4 ay ərzində 723,5 min manat cərimə tətbiq olunub

Azərbaycanda yararsız ərzaq malları satan 410 fiziki və hüquqi şəxsə qarşı son 4 ay ərzində 723,5 min manat cərimə tətbiq olunub
# 01 sentyabr 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı Bakının Nəsimi rayonunda yerləşən «Elvan market»də, «Luxe H.A.Ə. market»də, «Moskva şirniyyatı» və «Boutiq» mağazalarında, Nərimanov rayonunda Səyyad Əsgərova məxsus mağazada, Sumqayıt şəhəri 32-ci məhəllədə Qurban Quliyevə məxsus ərzaq malları mağazasında, Qusar rayonunun Samur qəsəbəsində Reyhan Nadirquliyevaya məxsus ərzaq malları mağazasında və Gəncə şəhərində Əmiraslan Haqverdiyevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 320 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Dövlət Xidməti tərəfindən həmçinin Nəsimi rayonunda yerləşən «Elvan market»də, «Luxe H.A.Ə. market»də, «Azad Sahibkar» mağazasında və Səyyad Əsgərova məxsus mağazada temperatur rejiminə əməl olunmadan satılan ət, mayonez, xama, qatıq, sosiska və sərinləşdirici içkilər aşkar edilərək müvəqqəti olaraq satışdan çıxarılıb, istifadəyə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə laborator müayinəyə göndərilib.

Bundan başqa, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Mənsurə Hüseynovaya məxsus topdansatış ərzaq mağazasında aşkar olunmuş «Slavyanka №1» əmtəə nişanlı suların yararlı olub-olmamasını müəyyən etmək məqsədilə aşkar olunmuş suların laborator müayinəsi üçün nümunələr götürülüb və aşkar edilmiş sular müvəqqəti olaraq satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, cari ilin mayın 17-dən etibarən keçirilən nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 46 hüquqi şəxsə 177 min manat, 364 fiziki şəxsə 546,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR