Bank Of Baku

“Walt Disney” məşhur komiks nəhəngini almaq qərarına gəlib

“Walt Disney” məşhur komiks nəhəngini almaq qərarına gəlib
# 01 sentyabr 2009 10:20 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın “Walt Disney Company” korporasiyası məşhur “Marvel Entertainment” komiks-studiyasını almaq qərarına gəlib. “APA-Economics”in məlumatına görə, iki nəhəng şirkət arasındakı sövdələşmə birinciyə 4 milyard dollara başa gələcək.
Bundan başqa, “Marvel Entertainment”in hər səhminə “Walt Disney” 30 dollar və özünün 0,745 səhmini ödəyəcək. Bununla da komiks nəhənginin hər səhmi 50 dollar civarında qiymətləndiriləcək.
Razılaşmaya əsasən, “Walt Disney” “Marvel”in istehsal etdiyi və hazırda bu kompaniyaya məxsus olan “Hörümçək adam” (Spider Man), “Dəmir adam” və s. kimi 5 mindən artıq komiks personajlarına sahib olmaq hüququ da qazanacaq.
Qeyd edək ki, “Walt Disney Company” 1923-cü ildə yaradılıb və “Time Warner”dən sonra dünyanın ikinci nəhəng mediakorporasiyası sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR