Bank Of Baku

Azərbaycan ərazisi yaxın 4 ildə vergi kompüter terminalları ilə tam əhatə olunacaq

Azərbaycan ərazisi yaxın 4 ildə vergi kompüter terminalları ilə tam əhatə olunacaq
# 01 sentyabr 2009 11:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkə ərazisində quraşdırılmış vergi kompüter terminallarını modernləşdirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, vergi kompüter terminalları vasitəsilə sahibkarlar öz iş yerlərini tərk etmədən bütün növ vergilər əməliyyatlarını yerinə yetirə biləcək ki, bura əsasən vergi ödəmələri daxildir: «Hazırda kompüter terminallarının sayı 15-ə çatır ki, 2013-cü ilədək analoji terminallar Azərbaycanın regionlarında da quraşdırılacaq və bununla da ölkə ərazisi tam əhatə olunacaq».

E.Məmmədov onu da bildirib ki, terminallarda qeyri-dövlət təşkilatı olan ASK-nın əməkdaşları çalışır: «Bu, bizim – Vergilər və İqtisadi İnkişaf nazirlikləri, həmçinin ASK-nın birgə həyata keçirdiyi sonuncu layihə deyil. Belə ki, artıq biz İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzini istifadəyə vermişik. Ümid edirəm ki, gələcəkdə «Elektron Hökumət» layihəsi çərçivəsində bizim qurumlar bir sıra yeni layihə həyata keçirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR