Bank Of Baku

İlin sonunadək Azərbaycanın bölgələrində sahibkarlar üçün daha 10 tədbir keçiriləcək

İlin sonunadək Azərbaycanın bölgələrində sahibkarlar üçün daha 10 tədbir keçiriləcək
# 01 sentyabr 2009 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu ilin sonunadək ölkədə fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda daha 10 tədbir keçiriləcək. Bu barədə «APA-Economics»ə SKMF-in icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, növbəti tədbirlər Quba, Xaçmaz və bu kimi rayon və şəhərlərdə keçiriləcək: «Bu ilin sonunadək təxminən 10-a yaxın analoji tədbir keçiriləcək. Ümumiyyətlə, 2009-cu il ərzində keçirilən analoji tədbirlərin sayı 40-a çatdırılacaq».

Qeyd edək ki, SKMF artıq Gəncə, Şəki, Saatlı, Bərdə, Salyan, Şirvan, Qəbələ, Lənkəran, Yevlax və digər rayon və şəhərlərdə analoji tədbirlər keçirib. Tədbirlərdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilir və sahibkarları maraqlandıran suallar cavablandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR