Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzi xidməti genişləndirilə bilər

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzi xidməti genişləndirilə bilər
# 01 sentyabr 2009 15:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda bu gün istifadəyə verilmiş İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzi xidməti genişləndirilə bilər.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda 195-2 Telefon Məlumat Mərkəzi bütün ölkəni əhatə edir: «Bakıda eyni vaxtda 4 sahibkarın müraciətinə baxıla bilər. Yalnız ehtiyac olarsa, eyni vaxtda xidmət göstərmənin sayı artırıla bilər. Belə ki, buna həm imkan, həm də avadanlıq var».
Qeyd edək ki, yeni 195-2 Telefon Məlumat Mərkəzi xidməti sahibkarlığın fəaliyyəti, qanuni və hüquqi məsələlər, istehlakçıların hüquqlarının qorunması, yararsız istehlak mallarının aşkar olunması, Tarif (Qiymət) Şurasının fəaliyyəti, xarici ticarət və digər sahələri əhatə edir. Xidmət vasitəsilə canlı rejimdə iş günləri ərzində saat 9:00-dan 18:00-dək fasiləsiz sahibkarların müraciətləri cavablandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR