Bank Of Baku

«Baker Tilly Azerbaijan» şirkəti Sahibkarlığa Kömək Milli Fondunun auditini yekunlaşdırıb

«Baker Tilly Azerbaijan» şirkəti Sahibkarlığa Kömək Milli Fondunun auditini yekunlaşdırıb
# 01 sentyabr 2009 15:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Baker Tilly Azerbaijan» beynəlxalq audit şirkəti Azərbaycan İqstidi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) maliyyə hesabatlarının auditini başa çatdırıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu, Fondun bütün fəaliyyəti dövründə beynəlxalq audit şirkətləri tərəfindən keçirilən ilk auditidir. «Baker Tilly Azerbaijan» şirkəti tərəfindən verilmiş rəyə əsasən, SKMF-ın maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR