Bank Of Baku

Britaniyanın «AstraZeneca» əczaçılıq şirkəti Bakıda nümayəndəlik açıb

Britaniyanın «AstraZeneca» əczaçılıq şirkəti Bakıda nümayəndəlik açıb
# 02 sentyabr 2009 10:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Böyük Britaniyanın «AstraZeneca UK Ltd.» əczaçılıq şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi qeydiyyata alınıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Nümayəndəliyin rəhbəri Rusiya vətəndaşı Oleq Rildir. Nümayəndəlik paytaxtda, Tiflis pr-ti,1033-cü məhəllə ünvanında yerləşir.

Dünyanın aparıcı əczaçılıq şirkətlərindən olan «AstraZeneca»nın 45 ölkədə nümayəndəlikləri mövcuddur. Şirkət nümayəndəliklərini postsovet respublikaları hesabına yaxın perspektivdə daha da genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, şirkətin postsovet məkanında yalnız Rusiya və Estoniyada rəsmi nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR