Bank Of Baku

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarların 2,6 mlrd. manatlıq vergi borcu yaranıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarların 2,6 mlrd. manatlıq vergi borcu yaranıb
# 02 sentyabr 2009 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlıq subyektlərinin vergilər üzrə yaranmış borc məbləği 2 572 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 1 165,3 mln. manat məbləğində borc ləğv edilib.

Borcların ödənilməsi məqsədi ilə vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə 14 550 qərar açılıb. Sonradan 13 792 qərar borcların ödənilməsi ilə əlaqədar bağlanılıb. Siyahıya alınmış əmlakların hərracda satılması üçün vergi ödəyicilərinə qarşı 3,7 mln. manat məbləğində 886 iddia verilib. Həmin iddia tələbləri 374 məhkəmə qətnaməsi ilə 1,03 mln. manatı tam təmin edilib. Həmçinin, 240,2 min manat məbləğində 3 qətnamə rədd edilib, 770,7 min manat məbləğində 267 iddia ərizəsi borcun ödənilməsi ilə əlaqədar məhkəmələr tərəfindən geri qaytarılıb, 37,8 min manat məbləğində 4 qətnamə üzrə icraat dayandırılıb. Hazırda 1 618,5 min manat məbləğində 238 iddia tələbinə məhkəmələrdə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR