Bank Of Baku

Azərbaycanın bölgələrində soyuducu anbar komplekslərinin tikintisinə nəzərdə tutulan güzəştli kreditlərin 71%-i artıq ayrılıb

Azərbaycanın bölgələrində soyuducu anbar komplekslərinin tikintisinə nəzərdə tutulan güzəştli kreditlərin 71%-i artıq ayrılıb
# 02 sentyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ölkənin bir sıra bölgələrində meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisinə artıq 17 mln. manat vəsait ayırıb. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullaeyv bildirib.

Onun sözlərinə görə, 4 iqtisadi rayonda (Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran) inşa olunacaq 13 anbarın 7-nin tikintisinə başlanması üçün artıq 17 mln. manat məbləğində vəsait ayrılıb və faktiki olaraq inşaat işlərinə başlanılıb: «Digər anbarların tikintisi üçün vəsaitlərin isə sentyabr ayının sonunadək ayrılması nəzərdə tutulub».

Ş.Abduüllayev həmçinin bildirib ki, Azərbaycanın əsas meyvə istehsalçılarının fəaliyyət göstərdiyi Quba-Xaçmaz iqtisadi rayonunda 4 soyuducu anbarı tikiləcək: «Biz sentyabr ayının 11-də həmin iqtisadi rayona səfər edib, tikinti işləri ilə tanış olacağıq».

Qeyd edək ki, inşa olunan soyuducu anbarların hər birinin tutumu 2 min ton olacaq. Soyuducu anbarların tikintisi üzrə investisiya layihələrinin 70%-dək hissəsi dövlət vəsaiti hesabına maliyyələşdirilir. Bundan başqa, sahibkarlar müvəkkil kredit təşkilatlarına da müraciət edə bilər. Ümumiyyətlə, 12 layihənin ümumi dəyəri 40 mln. manat təşkil edir ki, SKMF tərəfindən sözügedən layihələrin icrasına 24 mln. manat məbləğində vəsait ayrılacaq. Yəni, Fond artıq bu vəsaitin 71%-ni inşaat işlərinə ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR