Bank Of Baku

Bu ay Azərbaycanda sahibkarlara 35 mln. manatlıq güzəştli kreditlərin veriləcəyi gözlənilir

Bu ay Azərbaycanda sahibkarlara 35 mln. manatlıq güzəştli kreditlərin veriləcəyi gözlənilir
# 02 sentyabr 2009 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 2009-cu ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən sahibkarlara 65 mln. manat məbləğində güzəştli kredit ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdulayev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Fond tərəfindən 1 181 sahibkara 65 mln. manat məbləğində vəsait ayrılıb: «Sentyabr ayının sonunadək verilən güzəştli kreditlərin ümumi həcmi 100 mln. manata çatacağı gözlənilir. Belə ki, biz sentyabr ayında kreditləşmənin canlanmasını gözləyirik».

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Onu da qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 350 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR