Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz idxalını minimuma endirəcək

Azərbaycan meyvə-tərəvəz idxalını minimuma endirəcək
# 02 sentyabr 2009 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda meyvə-tərəvəz məhsulları istehsalının 800 min ton həcmində olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, regionlarda meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbar komplekslərinin tikintisi həmin məhsullar üzrə mövcud olan itkilərin qarşısını alacaq: «Bundan başqa, soyuducu anbarların hesabına ölkənin daxili tələbatı ödəniləcək, Azərbaycan idxaldan tamamilə azad olacaq, ixrac olunan meyvə və tərəvəzin həcmi isə artırılacaq və bütün il boyu yerinə yetirilə biləcək».

Qeyd edək ki, 4 iqtisadi rayonda (Aran, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran) inşa olunan soyuducu anbarların hər birinin tutumu 2 min ton olacaq. Soyuducu anbarların tikintisi üzrə investisiya layihələrinin dəyərinin 70%-dək hissəsi dövlət vəsaiti hesabına maliyyələşdirilir. Bundan başqa, sahibkarlar müvəkkil kredit təşkilatlarına da müraciət edə bilər. Ümumiyyətlə, 12 layihənin ümumi dəyəri 40 mln. manat təşkil edir ki, SKMF tərəfindən sözügedən layihələrin icrasına 24 mln. manat məbləğində vəsait ayrılacaq. Fond artıq bu vəsaitin 71%-ni inşaat işlərinə ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR