Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Avstriyanın Lints şəhərinə səfər edəcək

Azərbaycanın Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Avstriyanın Lints şəhərinə səfər edəcək
# 02 sentyabr 2009 14:47 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhərinin nümayəndə heyəti sabah Avstriyanın Lints şəhərinə səfər edəcək. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyevin rəhbərlik edəcəyi nümayəndə heyəti 2009-cu ildə Avropanın mədəniyyət paytaxtı elan edilmiş Lintsdə bu münasibətlə keçirilən tədbirlərə qatılacaq, şəhərin iqtisadi və sosial həyatı ilə tanış olacaq, Lints meri ilə görüşəcək və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR