Bank Of Baku

Azərbaycanda 310 kq-dan çox yararsız ərzaq məhsulu məhv edilib

Azərbaycanda 310 kq-dan çox yararsız ərzaq məhsulu məhv edilib
# 03 sentyabr 2009 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Yasamal rayonunda «Aləm market»də, «Elit market»də, «Ləzzət super market»də, «Samuray market»də, Fariz Həsənova məxsus «NN market»də, Sevinc Abbasovaya məxsus «NN market»də, Xətai rayonunda «İmperial market»də, Nəsimi rayonunda «Anar market»də və «Orijinal market»də, Sumqayıt şəhəri 16-cı mikrorayonda Bəxtiyar Əliyevə məxsus ərzaq malları mağazasında, Xaçmaz rayonunun Qusarçay kəndində Məzahir Mustafayevə məxsus ərzaq malları mağazasında, Gəncə şəhərində Namiq Cəfərova məxsus ərzaq malları mağazasında ümumi çəkisi 310 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinq zamanı həmçinin Nəsimi rayonunda İlqar Quliyevə və İlqar Fərəcova məxsus ərzaq malları mağazalarında temperatur rejiminə əməl olunmadan satılan sərinləşdirici içkilər aşkar edilərək müvəqqəti olaraq satışdan çıxarılıb, istifadəyə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə laborator müayinəyə göndərilib.

Qanun pozuntusuna yol vermiş 14 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, cari ilin mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 46 hüquqi şəxsə 177 min manat, 365 fiziki şəxsə 548 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR