Bank Of Baku

Azərbaycanda sahibkarlar üçün regional seminar keçirilib

Azərbaycanda sahibkarlar üçün regional seminar keçirilib
# 04 sentyabr 2009 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tovuzda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə sahibkarlar üçün «Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirilib. 200-dək sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində 6 müvəkkil kredit təşkilatı vasitəsilə Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkara güzəştli kreditlər verilib. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində Gəncə-Qazax iqtisadi rayonunda 100-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Tovuz rayonunda sahibkarlara verilmiş güzəştli kreditlər də daxil olmaqla, 2009-cu ilin ötən dövrü ərzində SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 1 250-dən çox sahibkara 66 mln. manat güzəştli kredit verilib. Ayrılmış kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 5 minə yaxın yeni iş yerlərinin yaradılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR