Bank Of Baku

Azərbaycanda 300 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Azərbaycanda 300 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 07 sentyabr 2009 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda yerləşən «Fərid market»də, «Körpü market»də, Yasamal rayonunda «HK-772 market»də, «Yeni market»də, Nərimanov rayonunda Bəxtiyar Qurbanova məxsus marketdə, Xətai rayonunda «Musa market»də, «Şamo market»də, «Polad market»də, «Səhər market»də, Xaçmaz şəhərində «Murad market»də ümumi çəkisi 300 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Monitorinqlər zamanı həmçinin Yasamal rayonunda «Yeni market»də normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, üzərində istehsal tarixi qeyd edilməmiş ümumi çəkisi 6,5 kiloqram olan «Pəhriz» çörəkləri satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 386 fiziki şəxsə 578,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR