Bank Of Baku

IFC Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi layihəsi üzrə yeni regional təqdimat keçirib

IFC Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi layihəsi üzrə yeni regional təqdimat keçirib
# 07 sentyabr 2009 13:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində kiçik və orta müəssisələr üzrə hesabatın təqdimatı keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, cənub bölgəsindən 50-dək sahibkarın və iş adamının iştirak etdiyi tədbirdə layihənin rəhbəri Boris Divyak, hüquqşünas Fəxriyyə Cabbarova, ekspert Əbülfəz Manafov çıxış edərək təqdim olunan hesabatın 2008-ci ilin əvvəlində bütün regionlar və iqtisadiyyatın əsas sektorlarını əhatə edən təqribən 1 800 kiçik və orta sahibkar arasında aparılan sorğu əsasında hazırlandığını və araşdırma çərçivəsində hüquqi və institusional analiz aparıldığını diqqətə çatdırıblar. Tədbirdə həmçinin araşdırmanın və hesabatın əsas məqsədi tənzimləmə sahəsində sahibkarların qarşılaşdığı çətinlikləri azaltmaq, kiçik və orta sahibkarlıq sahəsində biznes mühitinin monitorinqini aparmaq və hesabatın paylanması vasitəsilə ictimaiyyətin əsas inkişaf məsələləri barədə məlumatını artırmaqdan ibarət olduğu bildirilib. Diskussiya şəraitində keçən tədbirdə biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, yoxlamalar, vergitutma, maliyyə vasitələrinin əldə edilməsi, xarici ticarət, həmçinin digər məsələlər üzrə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR