Bank Of Baku

116,5 litr “Slavyanka №1” əmtəə nişanlı su təkrar emala göndərilib

116,5 litr “Slavyanka №1” əmtəə nişanlı su təkrar emala göndərilib
# 07 sentyabr 2009 16:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı 5 ticarət obyektində aşkar edilmiş 1863,5 litr həcmində “Slavyanka №1” əmtəə nişanlı suyun laborator müayinəsi nəticəsində həmin suyun 1747 litrində bağırsaq çöplərinin miqdarının normadan çox olduğu müəyyən edilib və satışdan çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”-ə verilən məlumata görə, artıq 1747 litr “Slavyanka №1” əmtəə nişanlı su qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.
Bundan başqa, faktiki kimyəvi tərkibi etiketdə göstərilən kimyəvi tərkibə uyğun olmadığı üçün 1 ticarət obyektindən götürülmüş 116,5 litr “Slavyanka №1” əmtəə nişanlı suyun satışı qadağan edilərək, onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrar emala göndərilməsi barədə göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR