Bank Of Baku

Azərbaycanda ticarət şəbəkəsindən əhaliyə satılan istehlak mallarının həcmi yanvar-avqust aylarında 8,4% artıb

Azərbaycanda ticarət şəbəkəsindən əhaliyə satılan istehlak mallarının həcmi yanvar-avqust aylarında 8,4% artıb
# 08 sentyabr 2009 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ticarət şəbəkəsindən əhaliyə 7,5 mlrd. manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 8,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 4,9 mlrd. manatını ərzaq, 2,6 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 10,9% və 3,3% artıb.

Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4%-i hüquqi şəxslərin, 42,7%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 41,9%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.

Bundan başqa, 2009-cu ilin səkkiz ayı ərzində əhaliyə 2,4 mlrd. manatlıq və ya 12,6% çox pullu xidmət göstərilib. Xidmətin 80,1%-i hüquqi, 19,9%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 13,4% və 9,5% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR