Bank Of Baku

Azərbaycan bazarında daha 1,7 min litr «Slavyanka №1» suyu məhv edilib

Azərbaycan bazarında daha 1,7 min litr «Slavyanka №1» suyu məhv edilib
# 08 sentyabr 2009 06:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı 5 ticarət obyektində aşkar edilmiş 1 863,5 litr həcmində «Slavyanka №1» əmtəə nişanlı suyun laborator müayinəsi nəticəsində həmin suyun bir çox hissəsinin məhv edilməsinə dair qərar qəbul olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, belə ki, 1 863,5 litr «Slavyanka №1» suyunun 1 747 litrində bağırsaq çöplərinin miqdarının normadan çox olduğu müəyyən edilib və satışdan çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub. Artıq 1 747 litr su qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhv edilib.

Bundan başqa, faktiki kimyəvi tərkibi etiketdə göstərilən kimyəvi tərkibə uyğun olmadığı üçün 1 ticarət obyektdən götürülmüş 116,5 litr «Slavyanka №1» əmtəə nişanlı suyun satışı qadağan edilərək, onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrar emala göndərilməsi barədə göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR