Bank Of Baku

Maldivdə turistlərdən gündəlik ekoloji vergi tutulacaq

Maldivdə turistlərdən gündəlik ekoloji vergi tutulacaq
# 08 sentyabr 2009 07:34 (UTC +04:00)
Bakı – APA-Economics. Maldiv Respublikasının prezidenti Məhəmməd Naşid turistlərdən gündəlik 3 dollar ekoloji vergi tutulması təklifi ilə çıxış edib.
APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, prezident bildirib ki, yeni vergidən toplanılan vəsait yaxın 10 il ərzində bu ada-dövlətində zərərli tullantıların səviyyəsini sıfıra endirməyə imkan verəcək.
Qlobal iqlim dəyişikliyindən söz açan M.Naşid bütün dünya ölkələrini bu problemlə mübarizədə öz milli maraqlarını ikinci plana keçirməyə çağırıb.
Qeyd edək ki, Maldiv adaları dünyanın ən populyar kurortlarından biridir. Respublika Turizm Nazirliyinin məlumatına görə, ötən il Maldivə 680 min turist səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR