Bank Of Baku

Dünyanın ən bahalı hotellərinin adı açıqlanıb

Dünyanın ən bahalı hotellərinin adı açıqlanıb
# 08 sentyabr 2009 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın ən bahalı 10 mehmanxanasının adı məlum olub.
«APA-Economics»in Rusiyanın RBK agentliyinə istinadən verdiyi məlumatına görə, siyahının birinci yerində «President Wilson Hotel» (Cenevrə, İsveçrə) mehmanxanası qərarlaşıb. Həmin hotelin bir günlük məsrəfi 65 min ABŞ dolları təşkil edir. Hotelin nömrəsində 4 yataq otağı, 6 vanna otağı, Monblan gölünə açılan pəncərələr (gülləkeçirməyən), personal lift və digər xidmətlər daxildir. Bununla yanaşı, həmin hoteldən BMT-nin baş qərargahına 5 dəqiqəyə çatmaq olar.
Siyahıda ikinci yerdə bir nömrəsinin qiyməti 35 min dollar olan «Four Seasons Hotel» (Nyu-York, ABŞ) mehmanxanası, üçüncü yerdə Sardiniyada (İtaliya) yerləşən və sutkalıq qiyməti 34 min dollar olan «Hotel Cala di Volpe» mehmanxanası, dördüncü yerdə nömrəsi 31 min dollar olan «Westin Excelsior» (Roma, İtaliya) hoteli, beşinci yerdə isə Tokioda (Yaponiya) yerləşən «Ritz-Carlton» mehmanxanası qərarlaşıb. Burada hotel məsrəfi 25 min dollara bərabərdir.
Bundan başqa, siyahıda Baham adalarında yerləşən «The Atlantis» mehmanxanası (22 min dollar), Parisdə (Fransa) yerləşən «Park Hyatt Vendome» hoteli (20 min dollar), Dubaydakı (BƏƏ) «Burj al-Arabia» hoteli (19,6 min dollar), Cenevrədə inşa olunmuş «Le Richemond» mehmanxanası (18,9 min dollar) və Moskvada (Rusiya) yerləşən «The Ritz-Carlton» (16,5 min dollar) hoteli yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR