Bank Of Baku

Sabah Bakıda «Doing Business-2010» hesabatının təqdimatı keçiriləcək

Sabah Bakıda «Doing Business-2010» hesabatının təqdimatı keçiriləcək
# 09 sentyabr 2009 09:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 10-da Bakıda Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış «Biznesin aparılması – 2010: Çətin vaxtda islahatlar» («Doing Business-2010») adlı illik hesabatın təqdimatı keçiriləcək.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə regiondakı ölkələrə verilmiş reytinq, biznes üçün ən əlverişli ölkələr və son illər ərzində daha çox islahatlar aparmış ölkələr haqqında məlumat veriləcək.

Qeyd edək ki, «Doing Business»in məlumat bazası biznes tənzimlənməsinin və onun tətbiqinin obyektiv qiymətini verir. «Doing Business»in 183 ölkə üzrə göstəriciləri biznes üçün tələb olunan xərcləri göstərir və 10 region üzrə tənzimləyici mühiti müqayisə edir. Bu da siyasəti müəyyən edən orqanlara dünyada olan qabaqcıl təcrübələri öyrənməyə və islahatlar arasındakı prioritetləri müəyyənləşdirməyə kömək edir.

Xatırladaq ki, 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirib və «Doing Business-2009» hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlib. Qiymətləndirmə yeni müəssisələrin təsis edilməsi (2008-ci ilin hesabatında Azərbaycan 64-cü, 2009-cu ilin hesabatında isə 13-cü yeri tutub), tikinti üçün icazələrin verilməsi (159/155), işə qəbul (80/15), əmlakın qeydiyyatı (56/9), kreditlərin alınması (26/12), investorların hüquq və maraqlarının qorunması (107/18), vergi ödənişi (141/102), gömrük rəsmiləşdirilməsi (173/174), müqavilələrin icrasının təmin edilməsi (30/26) və biznesin bağlanması (75/81) üzrə aparılıb. Burada makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyutanın sabitliyi, investor cəlbediciliyi və cinayətkarlıq səviyyəsi kimi aspektlər əks olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR