Bank Of Baku

Azərbaycan yeni «Doing Business» hesabatında geriləyib

Azərbaycan yeni «Doing Business» hesabatında geriləyib
# 09 sentyabr 2009 10:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, əgər 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirmişdirsə və «Doing Business-2009» hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlmişdirsə, artıq «Doing Business-2010» hesabatında Azərbaycan 38-ci yerdə qərarlaşıb.

Bundan başqa, 2010-cu ilin hesabatında Azərbaycan yeni müəssisələrin təsis edilməsi indikatoruna görə 17-ci yeri (ötən il - 13-cü yer), tikinti üçün icazələrin verilməsinə görə 158-ci yeri (155), işə qəbul indikatoruna görə 33-cü yeri (15), əmlakın qeydiyyatı indikatoruna görə 9-cu yeri (9), kreditlərin alınması aspekti üzrə 15-ci yeri (12), investorların hüquq və maraqlarının qorunması üzrə 20-ci yeri (18), vergi ödənişi indikatoruna görə 108-ci yeri (102), gömrük rəsmiləşdirilməsi üzrə 177-ci yeri (174), müqavilələrin icrasının təmin edilməsi aspektinə görə 26-cı yeri (26), biznesin bağlanması indikatoruna görə isə 84-cü yeri (81) tutub. Göründüyü kimi, əksər parametrlər üzrə Azərbaycanın mövqeyi zəifləyib.

Qeyd edək ki, qiymətləndirmədə makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyutanın sabitliyi, investor cəlbediciliyi və cinayətkarlıq səviyyəsi kimi aspektlər əks olunmayıb.

Reytinq cədvəli ilə burada Doing Business-2010 tanış ola bilərsiz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR