Bank Of Baku

«Doing Business-2010» renkinqi açıqlanıb

«Doing Business-2010» renkinqi açıqlanıb
# 09 sentyabr 2009 11:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı ayrı-ayrı ölkələrdə biznesin mühitinin münasibliyi üzrə yeni renkinqini açıqlayıb. «APA-Economics»in məlumatına görə, renkinqdə 183 ölkə üzrə 10 parametr üzrə göstəricilər əksini tapıb.

Renkinqi hazırlayarkən Dünya Bankı bir sıra amil üzrə təhlil aparıb. Bu amillərin və ya indikatorların sırasında yeni biznesin açılması, işçilərin işə götürməsi, əmlakın qeydə alınması, vergilərin ödənilməsi, kreditlərin alınması və s. indikatorlar daxildir.

Qeyd edək ki, Azərbaycan bu renkinqdə 38-ci yeri tutub.

Bundan başqa Dünya Bankı böhran şəraitində daha çox islahat aparan ölkələrin ilk onluğunu açıqlayıb. Bu siyahıda Ruanda başçılıq edir, sonrakı yerləri isə Qırğızıstan, Makedoniya, Belarus, BƏƏ, Moldova, Kolumbiya, Tacikistan, Misir və Liberiya tutub.

Reytinq cədvəli ilə burada Doing Business-2010 tanış ola bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR