Bank Of Baku

Son iki ayda Azərbaycanda 9,4 min vergi ödəyicisində qanun pozuntusu faktları aşkarlanıb

Son iki ayda Azərbaycanda 9,4 min vergi ödəyicisində qanun pozuntusu faktları aşkarlanıb
# 09 sentyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən cari ilin iyul-avqust aylarında keçirilmiş operativ nəzarət tədbirləri zamanı 9 398 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Aparılan nəzarət tədbirləri zamanı 2 601 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 134 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib. Həmçinin, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 554 vergi ödəyicisi aşkarlanıb, 690 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 88 vergi ödəyicisində 88 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 399 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 163 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 35 vergi ödəyicisində 4 564,4 manat dəyərində 3 121 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR