Bank Of Baku

ADA Şirkətlər Qrupu Direktorlar Şurasının toplantısı keçiriləcək

ADA Şirkətlər Qrupu Direktorlar Şurasının toplantısı keçiriləcək
# 09 sentyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 11-də Bakda «ADA» Şirkətlər Qrupunun Direktorlar Şurasının növbəti toplantısı keçiriləcək.

«ADA»dan «APA-Economics»ə verilən məlumata görə, toplantıda 2010-cu ilin büdcəsinin ilkin müzakirəsi aparılacaq, 2009-cu ilin ilk 9 ayının müxtəlif inkişaf istiqamətləri üzrə hesabatlar dinlənəcək, Azərbaycan pərakəndə ticarətində ilk dəfə aparılan «Almalı-klub» və «Ucuz Al Malı» layihələrinin ilkin nəticələri müzakirə ediləcək.

Qeyd edək ki, «ADA» Şirkətlər Qrupu 2005-ci ildə yaradılıb. Qrup «Almalı» mağazalar şəbəkəsinin sahibi və operatorudur. Qrupun əsas sərmayədarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR