Bank Of Baku

«Doing Business-2010» hesabatının müəllifi: Azərbaycan gömrük sahəsində islahatları davam etdirməlidir

«Doing Business-2010» hesabatının müəllifi: Azərbaycan gömrük sahəsində islahatları davam etdirməlidir
# 10 sentyabr 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycana gömrük sahəsində islahatları davam etdirməyi tövsiyə edib. «APA-Economics»in məlumatına görə, bunu DB və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış «Biznesin aparılması – 2010: Çətin vaxtda islahatlar» («Doing Business-2010») adlı illik hesabatın müəllifi xanım Svetlana Baqautdinova bildirib.

Onun sözlərinə görə, Azərbaycan gömrük sahəsində apardığı islahatlar nəticəsində hesabatda qabaqcıl yerlərin birində qərarlaşıb: «Lakin Azərbaycan bu sahədə islahatları davam etdirməlidir. Bu sahədə islahatlar reytinqdə yüksək yerin tutmasına görə deyil, ümumiyyətlə, həmin sahədə əlverişli mühitin yaradılması üçün aparılmalıdır».

S.Baqautdinova həmçinin qeyd edib ki, hesabatda hər hansı bir ölkə ilk əlliliyə düşdükdə daha sonra reytinqdə irəliləməsi bir qədər də çətinləşir: «Hesab edirəm ki, Azərbaycanın yeni hesabat cədvəlində 38-ci yerdə qərarlaşması yaxşı nəticədir. Lakin ümid edirəm ki, Azərbaycan hökuməti islahatları davam etdirəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR