Bank Of Baku

Şərqi Avropa və Mərkəzi Asiya regionu sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş islahatların sayına görə dünya lideri olub

Şərqi Avropa və Mərkəzi Asiya regionu sahibkarlığın inkişafı istiqamətində həyata keçirilmiş islahatların sayına görə dünya lideri olub
# 10 sentyabr 2009 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən hazırlanmış «Biznesin aparılması – 2010: Çətin vaxtda islahatlar» («Doing Business-2010») adlı illik hesabatda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçirilmiş islahatların sayına görə dünya lideri olub.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, regionun 27 ölkəsindən 26-da yerli müəssisələrin imkanlarının genişləndirilməsi məqsədilə sahibkarlıq fəaliyyətinin tənzimlənilməsi sistemində islahatlar aparılıb. Belə ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri dünya üzrə ən çox sayda islahatı kredit resurslarına çıxışın asanlaşdırılması və müflisləşmə sahəsində həyata keçirib. Regionun altı ölkəsində (Albaniya, Estoniya, Litva, Polşa, Rusiya və Tacikistan) müflisləşmə proseduraları təkmilləşdirilib. Yeddi ölkədə (Azərbaycan, Ermənistan, Latviya, Makedoniya, Serbiya, Tacikistan, Türkmənistan) kreditlər üzrə informasiya sistemində islahatlar aparılıb. Qırğızıstan və Polşada isə borcalanların və kreditorların hüquqi müdafiələri gücləndirilib.

İlk dəfə olaraq sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sistemində islahatlar aparmış ölkələrin sırasına Şərqi Afrika ölkəsi – Ruanda başçılıq edib. İslahatçıların sırasına on ölkə başçılıq edir ki, onlardan dördü bu sıraya cari ildə daxil olub (Liberiya, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan və Moldova). Aparıcı islahatçı dövlətlərin sırasına həmçinin, Ruanda, Misir, Belarus, Makedoniya, Qırğızıstan və Kolumbiya daxil edilib.

Qeyd edək ki, «Doing Business-2010» hesabatında Azərbaycan əvvəlki ilə nisbətən 5 pillə geriləyərək 38-ci yerdə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR