Bank Of Baku

Bakıda Azərbaycan və Yunanıstan iş adamları arasında görüş keçirilib

Bakıda Azərbaycan və Yunanıstan iş adamları arasında görüş keçirilib
# 10 sentyabr 2009 15:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”), Azərbaycan Turizm İnstitutunun və Yunanıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Yunanıstan iş adamları arasında ikitərəfli işgüzar görüşlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Avropa Birliyinin «Erasmus Mundus» Xarici Əməkdaşlıq Proqramı çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan və Yunanıstan tərəfdən turizm, tikinti, konsaltinq, mühəndislik və İKT sahələrində fəaliyyət göstərən 60-a yaxın iş adamı iştirak edib.

Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Tesaloniki Ticarət və Sənaye Palatasının vitse-prezidenti İoannis Verginis Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı və turizm sahəsində kadrların hazırlanması üzrə əlaqələrin genişləndirilməsi perspektivləri barədə çıxış ediblər.

“Azpromo”nun prezidenti vəzifəsini icra edən xanım Fəridə Axundova isə öz növbəsində Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, tədbirdə iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR