Bank Of Baku

Azərbaycanda inkişafetdirici oyunların və oyuncaqların kütləvi istehsalına başlana bilər

Azərbaycanda inkişafetdirici oyunların və oyuncaqların kütləvi istehsalına başlana bilər
# 11 sentyabr 2009 09:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. “Çaşıoğlu Multimedia” şirkəti bu ilin sonuna kimi Təhsil Nazirliyinin təkrar sifariş tirajına əsasən dövlət məktəbəqədər təhsil ocaqları üçün nəzərdə tutulmuş oyuncaqların istehsalını planlaşdırır.
“Çaşıoğlu Multimedia” şirkətinin direktoru Rəhilə Soltanqızının “APA-Economics”-ə verdiyi məlumata görə, dövlət məktəbəqədər təhsil ocaqları üçün nəzərdə tutulmuş inkişafetdirici oyuncaqların birinci sifariş tirajı artıq nazirliyin tabeliyində olan müəssisələrə paylanılıb.
Hazırda şirkət gələcəkdə bu oyuncaqların kütləvi istehsalı ilə bağlı məsələləri müzakirə edir. Şirkət mütəxəssislərinin apardığı hesablamaların nəticələrinə əsasən bu layihənin özünü doğruldacağı müəyyən edilsə, Azərbaycan dilində olan inkişafetdirici oyunların və oyuncaqların kütləvi istehsalı təşkil ediləcək.
Qeyd edək ki, şirkət oyuncaqlarla yanaşı, məktəbəqədər uşaqlar üçün CD-lərdə Azərbaycan nağıllarının elektron versiyalarını istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR