Bank Of Baku

Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla görüş keçirilib

Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlarla görüş keçirilib
# 11 sentyabr 2009 10:14 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Bu gün Qubada Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirilib.

APA-nın Quba-Xaçmaz bürosunun məlumatına görə, tədbirdə sahibkarlar üçün «SKMF-ın vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirilib. Eyni zamanda, treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində həmçinin 6 müvəkkil kredit təşkilatı vasitəsilə Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 90-dək sahibkara 5 mln. manat həcmində güzəştli kredit verilib. Ayrılan kredit hesabına bölgədə 170-dən artıq yeni iş yeri yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonunda bu gün keçirilən tədbir sayca 27-dir. Cari ilin sonunadək isə ölkə bölgələrində keçirilən tədbirlərin ümumi sayı 40-a çatdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR