Bank Of Baku

Azərbaycan Ukrayna iqtisadiyyatına sərmayələrini artırır

Azərbaycan Ukrayna iqtisadiyyatına sərmayələrini artırır
# 11 sentyabr 2009 13:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan sahibkarları Ukraynada şəkər çuğundurunun becərilməsi ilə məşğul olmaq üçün bu ölkədə icarəyə torpaq almaq niyyətindədir. «APA-Economics»in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib.

Onun sözlərinə görə, azərbaycanlı sahibkarlar Ukraynanın Sumsk vilayətində şəkər çuğunduru yetişdirmək, daha sonra isə alınan məhsuldan qənd istehsal etmək üçün icarəyə torpaq almaq niyyətindədir. Bununla əlaqədar sahibkarlar 1 mln. ABŞ dolları məbləğində investisiya yatırmağı planlaşdırır.

Qeyd edək ki, xarici investorların Ukraynada qənd aktivlərinə olan marağı Ukraynada və ümumiyyətlə, dünya bazarında bu məhsulun müşahidə olunan qıtlığı və qiymətin yüksək olması ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR