Bank Of Baku

Dünyanın nüfuzlu biznes-ledilərinin adı açıqlanıb

Dünyanın nüfuzlu biznes-ledilərinin adı açıqlanıb
# 11 sentyabr 2009 16:43 (UTC +04:00)
Bakı – APA-Economics. “Fortune” jurnalı dünyanın biznesindəki nüfuzlu xanımların reytinq cədvəlini açıqlayıb. “APA-Economics”in məlumatına görə, siyahıda birinci yeri artıq dördüncü ildir “PepsiCo”nun icraçı direktoru İndra Nooyi tutub.
Qeyd edək ki, İ.Nooyi 2006, 2007 və 2008-ci illərdə də sözügedən reytinqin lideri olub. Ötən il o, “Forbes” jurnalının ABŞ şirkətlərinin ən çox maaş alan qadın rəhbərləri siyahısında da birinci yerdə qərarlaşıb. Jurnal onun illik əmək haqqını 12,7 milyon dollar civarında qiymətləndirib.
“Fortune”nin reytinqinin ilk üçlüyü dəyişməyib. “Kraft Foods”un icraçı direktoru İren Rozenfeld əvvəlki kimi ikinci, “Daniels Midland”ın prezidenti Pet Uorts isə üçüncü pillədədir.
Ən nüfuzlu biznes-ledilərin siyahısına həmçinin ABŞ-ın “WellPoint” sığorta şirkətinin rəhbəri Anjela Breli, “Avon” kosmetika firmasının icraçı direktoru Andrea Cun və məşhur teleaparıcı Opra Uinfri də daxildir.
Reytinqin ilk onluğunu “DuPont” korporasiyasının rəhbəri Ellen Kulman, “Yahoo!” axtarış sisteminin baş direktoru Kerol Barts, “Xerox”un rəhbəri Ursula Berns və “Sara Lee”nin Direktorlar Şurasının sədri Brenda Barns tamamlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR