Bank Of Baku

Azərbaycanda keçirilən lotereyaların sayı artıb

Azərbaycanda keçirilən lotereyaların sayı artıb
# 12 sentyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda keçirilən lotereyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2% artıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Azərlotereya» Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən lotereya tirajlarının sayı 10-a bərabər olub ki, bu da ötən ildəkindən 42,9% çoxdur. Bundan başqa, yanvar-avqust aylarında 41 stimullaşdırıcı lotereya keçirilib və ötən ilin analoji dövrü ilə müqayisədə stimullaşdırıcı lotereyaların sayı 4,6% azalıb.

Ümumiyyətlə, keçirilən lotereyalar zamanı 5 qanun pozuntusuna yol verilib ki, bunun da nəticəsində 1 000 manat dəyərində cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR