Bank Of Baku

Dövlət Radiotezliklər İdarəsi bu ilin 8 ayı ərzində görülən işlərin yekunlarını açıqlayıb

Dövlət Radiotezliklər İdarəsi bu ilin 8 ayı ərzində görülən işlərin yekunlarını açıqlayıb
# 12 sentyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət Şöbəsi bu ilin yanvar-avqust ayları ərzində görülən işlərin yekunlarını açıqlayıb.

DRİ-dən «APA-Economics»ə verilən məlumata görə, İdarənin radioelektron vasitələrə (REV) nəzarət şöbəsi tərəfindən 2009-cu ilin iş planına, daxil olmuş göstəriş və müraciətlərə əsasən 360 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan REV-ə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib edib.

Plana uyğun olaraq, respublika üzrə geniş şəbəkəyə malik «Azərbaycan Dəmir Yolları» QSC, Dövlət Gömrük Komitəsi, «Teleradio» İB-nin obyektlərində REV-ə texniki baxış keçirilib.

Bununla yanaşı, Bakı şəhəri üzrə ATS-lərin, rabitə qovşaqlarının binasının damında və ərazisində quraşdırılmış REV-ə texniki baxış keçirilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ 1 040 ədəd REV aşkarlanıb. Qeyri-qanuni aşkarlanmış REV-ə görə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması barədə 118 müəssisə və təşkilatda protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR