Bank Of Baku

«Bureau Veritas Azeri» şirkətinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib

«Bureau Veritas Azeri» şirkətinə nöqsanların aradan qaldırılması üçün vaxt verilib
# 14 sentyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) «Bureau Veritas Azeri» MMC-nin Azərbaycan ərazisində fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, təşkilatın ofisində və keyfiyyəti idarəetmə sistemi ilə sertifikatlaşdırılmış müəssisələrində keyfiyyəti idarəetmə sistemlərinə müşahidələr aparılıb. Müşahidələrin nəticələrinə görə «Bureau Veritas Azeri» MMC-nin Azərbaycan ərazisində fəaliyyətinin razılaşdırılmaması barədə qənar verilib.

Bundan sonra «Bureau Veritas Azeri» MMC sertifikatlaşdırma fəaliyyətinin razılaşdırılması məsələsinə yenidən baxılması məqsədilə Komitəyə müraciət edib. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün Komitə tərəfindən şirkətə üç ay müddət verilib. «Bureau Veritas Azeri» MMC-nin sertifikatlaşdırma orqanı kimi fəaliyyətinin razılaşdırılması məsələsinə yalnız qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra baxıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR