Bank Of Baku

Türkiyənin AVVA şirkəti Azərbaycanda satış mağazası açacaq

Türkiyənin AVVA şirkəti Azərbaycanda satış mağazası açacaq
# 14 sentyabr 2009 07:44 (UTC +04:00)
Bakı. APA-Economics. Türkiyənin kişi geyimləri istehsalı və satışı ilə məşğul olan AVVA şirkəti sentyabr ayının sonunda Azərbaycan və Suriyada öz brendi altında mağazalar açmağı planlaşdırır. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu AVVA şirkətinin İdarə Heyətinin sədri Volkan Atik bildirib.

Şirkət Azərbaycan və Suriyanın ardınca, oktyabr ayında Rusiya, İraq və Almaniyada da mağaza açaraq dünya üzrə mağazalarının sayını 31-ə çatdırmağı planlaşdırır.

V.Atik bildirib ki, AVVA markası təxminən 120 ölkədə qeydiyyata alınıb. Şirkət bu yaxınlarda İtaliyada da mağaza açıb.

Ötən il rəhbərlik etdiyi şirkətin dünyada cəmi 1,2 mln. ədəd məhsul satdığını qeyd edən şirkət rəhbəri bu il yeni mağazalar hesabına 1,8 mln. ədəd məhsul satışını hədəflədiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR