Bank Of Baku

140 kq yararsız ərzaq və 20 ton saxta sement satışdan çıxarılıb

140 kq yararsız ərzaq və 20 ton saxta sement satışdan çıxarılıb
# 14 sentyabr 2009 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Bakının Binəqədi rayonunda yerləşən “Yeganə market”də, Rəhimə Qasımovaya məxsus supermarketdə, Xaçmaz şəhərində Əlfəddin Səbzəliyevə məxsus pərakəndə ticarət mağazasında, Sumqayıt şəhərində Natəvan Məmmədovaya məxsus ərzaq malları mağazasında ümumi çəkisi 140 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı həmçinin Gəncə şəhərində “Aksessuar inşaat” və “Aqil inşaat” inşaat materialları mağazalarında 19,9 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Ümumilikdə 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 412 fiziki şəxsə 615,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR