Bank Of Baku

Azərbaycan Beynəlxalq İşəgötürənlər Təşkilatının toplantısında iştirak edib

Azərbaycan Beynəlxalq İşəgötürənlər Təşkilatının toplantısında iştirak edib
# 14 sentyabr 2009 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Riqada (Latviya) keçirilən Beynəlxalq İşəgötürənlər Təşkilatının (BİT) Avropa Üzvlərinin İclasında iştirak edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı ASK-nın prezidenti Məmməd Musayev təmsil edib. Avropanın 47 ölkəsinin işəgötürənlər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbir Avropa ölkələrinin sahibkarlıq qurumlarının özəl sektora inamını bərpa etməyə və əmək bazarında fəallığı artırmağa yönəlib. İclas qarşıdakı dövr üçün dünya əmək bazarında böhranla mübarizə aparmaq üçün cari siyasəti müəyyənləşdirmək, formalaşan sahibkarların rolunu gücləndirmək və strateji fəaliyyət planını hazırlamaq məqsədi ilə keçirilib.

İclasda müxtəlif ölkələrin nümayəndələri əmək bazarındakı hazırkı durumu və böhranla əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Öz növbəsində M.Musayev yığıncaqda mühüm coğrafi-siyasi mövqedə yerləşən Azərbaycanda əlverişli biznes mühiti yaradılması sahəsində görülən işlər, iqtisadi böhran şəraitində belə Azərbaycanda ümumi daxili məhsul istehsalının artması barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR