Bank Of Baku

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının toplantısında iştirak edəcək

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının toplantısında iştirak edəcək
# 15 sentyabr 2009 08:36 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il sentyabrın 22-dən oktyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) assambleyası keçiriləcək. Tədbirdə Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində komitə sədrinin ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə görüşü nəzərdə tutulub. Görüşdə patent sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri, tədris mərkəzinin yaradılması, məlumat axtarışı sisteminin avtomatlaşdırılması prosesinin sona çatdırılması, baş direktorun yaxın zamanlarda Azərbaycana mümkün səfəri barədə müzakirələr aparılacaq.

Assambleya çərçivəsində dünyada bas verən qlobal hadisələr və bu hadisələrin tənzimlənməsində əqli mülkiyyətin rolu mövzusunda rəhbər şəxslərin konfransı da olacaq. Bununla yanaşı, Mərkəzi Avropa və türkdilli dövlətlərin patent qurumlarının rəhbərləri ilə görüşlər keçiriləcək, bu sahədə ölkələrarası əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR