Bank Of Baku

Bütün “Almalı” mağazalarının fəaliyyəti avtomatlaşdırılacaq

Bütün “Almalı” mağazalarının fəaliyyəti avtomatlaşdırılacaq
# 16 sentyabr 2009 07:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Almalı” ticarət şəbəkəsinin bütün mağazalarında “iSolutions” şirkətinin mağazalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş “iSolutions-Ticarət və Distribusiya” xüsusi proqram həlli tətbiq ediləcək.

APA-Economics”in məlumatına görə, “Almalı” ticarət şəbəkəsinin avtomatlaşdırılması “iSolutions-Ticarət və Distribusiya” həlli vasitəsi ilə “Microsoft Dynamics AX” əsasında həyata keçiriləcək. Bu proqram təminatının tətbiqində əsas məqsəd şirkətin pərakəndə satış şəbəkəsinin vahid məlumat sisteminin yaradılması və alıcıların loyallığı sisteminin idarəediməsi üzrə imkanlarını inkişaf etdirməkdir. Şirkətin baş ofisi, paylaşdırma mərkəzi və mağazaları üçün nəzərdə tutulmuş vahid məlumat sistemi proseslərin keyfiyyətinin artırılmasına, daha effektiv loyallıq sistemini reallaşdırmağa, itkiləri və faktura xərclərini azaltmağa, həmçinin İT xidmətin idarəedilməsinin vahid şəklə salınmasına imkan yaradacaq.

Xatırladaq ki, “Almalı” ticarət şəbəkəsi “iSolutions” şirkəti ilə 2006-cı ildən etibarən əməkdaşlıq edir. Bu şirkət “Almali” ticarət şəbəkəsinin baş ofisində və paylaşdırıcı mərkəzində “Microsoft Dynamics AX”-in ERP sistemini tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR