Bank Of Baku

Azərbaycanda avqustda pərakəndə satış indeksi azalıb

Azərbaycanda avqustda pərakəndə satış indeksi azalıb
# 16 sentyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (retail sales index – RSI) 2009-cu ilin avqust ayı üzrə 100,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyul ayında 101,8%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin avqust ayında 0,9 faiz bəndi azalması deməkdir.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 962,9 mln. manat, iyul ayında 954 mln. manat, iyun ayında isə 937,1 mln. manat təşkil edib.

RSI indikatorunun azalması əhali tərəfindən malların alışının birbaşa dinamikasını əks etdirir və həmin indeks əsas nisbi makroiqtisadi göstəricilərdən biridir. Lakin vurğulamaq lazımdır ki, makroiqtisadi baxımdan yalnız onun əvvəlki aya nisbətən olan dinamikası deyil, həmin indikatorun 100%-dən aşağı və ya yüksək olması da əhəmiyyətlidir. Belə ki, indeksin 100%-dən aşağı olması əhalinin alışının əvvəlki ayla müqayisədə azaldığını göstərir ki, bu da istehlak bazarında geriləmənin ilk göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR