Bank Of Baku

Azərbaycanda işlənmiş maşın və avadanlıqlar sərgisi keçiriləcək

Azərbaycanda işlənmiş maşın və avadanlıqlar sərgisi keçiriləcək
# 16 sentyabr 2009 09:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin sentyabr ayının 22-23-də Bakıda Xəzəryanı və Qafqaz regionu üzrə işlənmiş maşın və avadanlıqların II Beynəlxalq Sərgisi keçiriləcək.

«APA-Economics»in məlumatına görə, tədbir «Re-İnvest Caspian» şirkəti tərəfindən təşkil olunub, Azərbaycan Sahibkarlar Konfederasiyası və Almaniyanın GTZ təşkilatının dəstəyi ilə keçiriləcək.

Sərgidə qida emalı sənayesi və qablaşdırma, taxta emalı və mebel sənayesi, plastik materialların emalı, metal emalı, informasiya texnologiyaları, telekommunikasiya, tikinti avadanlıqları, yük maşınları sahəsi üzrə işlənmiş maşın və avadanlıqlar nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR